Muzeydə “Azərbaycan tarixində almanlar” adlı foto-sərgi açılıb
22.5.2017

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş “Azərbaycan tarixində almanlar” adlı foto-sərgi açılıb.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi və onların həyatı haqqında məlumat verib. Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sərgidə XIX-XX əsrin əvvəllərində alman kaloniyalarının həyatını əks etdirən 140-dək fotoşəkil nümayiş etdirilir.


azertag.az