Azərbaycanlı xanəndə İranda konsert verəcək
22.5.2017

Xanəndə Qoçaq Əsgərov və iranlı həmkarı Nasir Ətapur birgə konsert proqramı ilə çıxış edəcək. Tədbir mayın 25-də Tehranın “Vahdat Hall”nda keçiriləcək.
Hər iki xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov və başqaları müşayiət edəcək.
İfaçılar Azərbaycan muğamları, təsnifləri və xalq mahnıları səsləndiriləcək.
Qeyd edək ki, Qoçaq Əsgərov səhnədə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim ediləcək. Ona bu ad Şanxayda "Shanghai World Music Festival-2014" zamanı verilib.


lent.az