İstedadlı cazmen və bəstəkar Elçin Şirinovun konserti
22.5.2017

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar, pianoçu Elçin Şirinovun və qrupunun konserti keçirilib.

Konsert “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunub.

Konsertdə, həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev və Nicat Paşazadənin ifasında milli və xarici bəstəkarların əsərlərindən ibarət kompozisiya səsləndirilib.

Qeyd edək ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb. O, çoxsaylı beynəlxalq festivallarda iştirak edib.

azertag.az