“Gücümüz birlikdədir” tamaşası yeni quruluşda
19.5.2017

Bakı Uşaq Teatrında yeni quruluşda hazırlanan növbəti tamaşa “Gücümüz birlikdədir” adlanır.

Teatrdan bildirilib ki, tamaşa mayın 20-də təhvil veriləcək. Həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental səhnə əsərində tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü müəyyənləşdirirlər.

Tamaşa 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində bir həftə ərzində nümayiş olunacaq.

azertag.az