“Naxçıvan etüdləri” adlı sərgi açılacaq
18.5.2017

Mayın 24-də Xətai Sənət Mərkəzində naxçıvanlı rəssam Sabir Məmmədovun təqdimatında sulu boya ilə işlənmiş “Naxçıvan etüdləri” adlı fərdi sərgi açılacaq.

Sənət Mərkəzindən bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçiliği ilə keçiriləcək.

Üç gün davam edəcək sərgidə rəssamın əsərlərinin əksəriyyəti nümayiş olunacaq.

azertag.az