Heydər Əliyev Sarayında uşaqlar üçün konsert keçiriləcək
16.5.2017

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 4-də Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək. Konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və muasir rəqsləri izləyə biləcəklər.

Saat 16:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və onlayn olaraq www.iticket.az saytından əldə etmək olar.


Lent.az