Azərbaycan ilbiz ixracına başladı
15.5.2017

Bu ilin yanvar ayında Azərbaycanda Azdelikates-Alfa MMC adlı şirkət yaradılıb.

İxraca yarayan ilbizlər kəndlərdə yığılaraq bu şirkətə təhvil verilir.

Xususi emal prosesindən keçirildikdən sonra ilbizlər ixrac olunur.

"Azdelikates-Alfa" MMC ilbizi hələlik Yunanıstana satır.

Qeyd edək ki, Türkiyə çoxdandır Avropaya ilbiz ixrac edir. Fabrikdə qabığından ayrılan ilbizlər dondurularaq 90%-i Fransaya olmaqla, Rumıniya, Bolqarıstan, Çexiya, Makedoniya kimi Avropa ölkələrinə göndərilir. Yüksək zülal və aşağı yağ nisbətilə bir qida olan ilbiz bu ölkələrdə intensiv istehlak edilir.


teleqraf.com