Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək
15.5.2017

Bu il iyunun 8-də Bakıda Avropa İttifaqı (Aİ)-Azərbaycan biznes-forumu keçiriləcək.
Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər verilir.
Forumun keçirilməsində əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına kömək olmaqdır.
Bir günlük tədbirə hökumət rəsmiləri, müvafiq dövlət qurumlarının mütəxəssisləri və beynəlxalq şirkət nümayəndələrinin qatılacağı panel müzakirələri, seminarlar, o cümlədən ikitərəfli görüşlər daxildir. Tədbirin əsas müzakirə mövzuları beş sahəni - Azərbaycanda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və logistika, İKT və elektron ticarəti əhatə edəcək.



report.az