Yeni “Nokia 3310”-un satışa çıxarılacağı vaxt açıqlandı
15.5.2017

Finlandiyanın “HDM Global” şirkəti bu ilin mayın 24-dən etibarən “Nokia 3310” smartfonlarının satışına start veriləcəyini elan edib.

Böyük Britaniyada yeni telefonu mayın 24-dən əldə etmək mümkün olacaq.

Almaniya bazarına yeni məhsul mayın 26-da çıxarılacaq. Belçika və Hollandiyada “Nokia 3310”-u iyunun 5-dən sonra almaq mümkün olacaq.

Şirkətin Rusiya bölməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu ölkədə yeniliyi 2017-ci ilin ikinci yarısından sonra tapmaq mümkün olacaq. Rusiyada satışların dəqiq vaxtı hələlik açıqlanmayıb.

Telefonun orijinal versiyası 2000-ci ildə yaradılıb və böyük tələbata malik idi. O zaman bu telefon bütün dünyada 126 milyon nüsxə ilə satılıb. Yenilik orijinalla müqayisədə isə daha yüngül və nazik olacaq, korpusu 4 rəngə malik olacaq. Bunlar göy, sarı, qırmızı və boz rənglərdir.

Telefonun qiyməti 49 avro təşkil edir. Rusiyada isə “Nokia 3310”-ün qiyməti 3 042 rub və 90-91 manat təşkil edəcək.

lent.az