Bakıda "Risklərin idarə edilməsi forumu” keçiriləcək
15.5.2017

Mayın 19-da Bakıda “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarə edilməsi” mövzusunda “Risklərin idarə edilməsi forumu” keçiriləcək.
Forumda Azərbaycanda fəaliyyət göstərən və ölkənin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 30-dan artıq dövlət və özəl qurumlar, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Forum zamanı ölkədə maliyyə sektorunda İT risklərinin idarə edilməsi mövzusu geniş müzakirə olunaraq beynəlxalq standartlar və qabaqcıl təcrübə, elektron hökumət, maliyyə bazarları nöqteyi nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri, yoluxma xəritəsi və kibertəhlükəsizlik, maliyyə institutlarında layihələrlə bağlı texnoloji risklər və bu kimi digər məqamlara toxunulacaq.
Risk peşəkarları dialoq meydanında bu dəfə İT risk problemlərini maliyyə və İT sahəsində mütəxəssislərlə birlikdə müzakirə edərək qabaqcıl təcrübənin tətbiqi və Azərbaycan mühitinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.



report.az