Bu gün Bakıda hind mahnıları səslənəcək
15.5.2017

Mayın 15-də Bakıda Rəşid Behbudov adına Azərbaycan Dövlət Musiqili Teatrında Hindistan musiqisi və rəqsləri konserti keçiriləcək.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Konsert iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar il ərzində keçirilən Hindistan-Azərbaycan Dostluq Festivalı çərçivəsində baş tutacaq.



axar.az