Beynəlxalq Muğam Mərkəzində cazmen Elçin Şirinovun qrupu çıxış edəcək
12.5.2017

20 may tarixində Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar Elçin Şirinov və onun qrupu çıxış edəcək.

Konsertdə həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev, Nicat Paşazadə iştirak edəcəklər.

Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alaraq öz ifasını mükəmməlləşdirib. O, bexnəlxalq festivallarda (Polşada Voicingers, Montre, Paris London, Çin) iştirak edib.

Biletlər şəhərin kassalarında və iticket.az saytında satılır.



Milli.Az