Beynəlxalq Muğam Mərkəzində Amerikanın məşhur Nyu-Orleanz cazı səslənəcək
12.5.2017

Səkkiz nəfərlik caz qrupu Bakıya qastrol səfəri zamanı Beynəlxalq Muğam Mərkəzində mayın 24-ü konsertlə çıxış edəcək. Ansamblın Bakıya səfəri ADA Universitetinin dəvəti ilə və baş verib. Konsert Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Daha bir ifa mayın 26-da "ADA" Universiteteinin Məzun Günündə olacaq. "Luiziana Cazz Ansamblı"nın təsisçi üzvü, Con Hopkins Universitetinin professoru, siyasi elmlər üzrə tanınmış alim Frederik Starr Universitetin fəxri doktorudur.

Ansambl 20-ci əsrin əvvəlində məhz Luiziana ştanının Nyu-Orleanz şəhərində yaranan və Amerikanın milli musiqisi hesab edilən caz repertuarını ifa edəcək.

Nyu-Orleanz cazı musiqidə ilk qrup improvizasiya ifası olaraq tanınır. Yüz il üstündən keçəndən sonra bu musiqi və onun məhşur truba, klarnet və trombon polifoniyası bu gün də bütün dünyada sevilərək dinlənilir.

1950-ci illərdən bəri Nyu-Orleanz cazını ifa edən ansambl hətta Sovet İttifaqı zamanı Moskvada qastrol səfərində olmuşdur. Amerikanın "New-York Times", "New-York Post", "People Weekly" və digər nəşrləri "Luiziana Cazz Ansamblı" barədə yazır: "Onların ifası bir daha xatırladır ki, Nyu-Orleanz cazzı məhz birgə rəqs etmək üçün nəzərdə tutulub. "

Etnocaz cərəyanlarından birinin vətəni olan Bakıya isə ifaçılar ilk dəfə gəlirlər.

Musiqisevərlər "Luiziana Caz Ansamblı"nın Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertə biletləri şəhərimizin kassalarında və iticket.az saytında əldə edə bilərlər.


Milli.Az