Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq
12.5.2017

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, bu məsələ İstanbulda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində Türkiyənin müdafiə naziri Fikri İşıkla gürcü həmkarı Levan İzoriyanın görüşündə müzakirə edilib.
L.İzoriya görüşdən sonra deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri 10 gündən sonra Batumidə görüşəcəklər: “Bu görüşdə biz üçtərəfli əməkdaşlıq formatını müzakirə edəcəyik. Hərbi əməkdaşlığımızın keyfiyyətini artırmaq üçün memorandum imzalayacağıq”.

report.az