Nyu-Yorkda II “Qafqaz irsi” festivalı keçiriləcək
11.5.2017

Mayın 21-də Nyu-York şəhərində, Bruklinin “Master” Teatrı binasında II “Qafqaz irsi” festivalı keçiriləcək.

Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunacaq.

Tədbirdə Xəyyam Nisanov, Ceyhun İsmayılov, “Pesvebi” gürcü mədəniyyət mərkəzinin kollektivi və digər musiqiçilər çıxış edəcəklər.

azertag.az