Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək
10.5.2017

İyunun 2-si Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində şair, yazıcı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili-ədəbi gecə keçiriləcək. Konsertdə ADMİU – nun Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU – nun II kurs tələbəsi Məftun Səfərlinin çıxışı olacaq. Onları ADMİU-nun xalq çalğı alətləri ansamblı: Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban), Soltan Məmmədov (nağara) müşayiət edəcək.

Bədii qiraət əməkdar artist, dosent Azad Şükürovdur.

Tədbir saat 19:00-da başlanacaq. Biletlər şəhərin kassalarında və iticket.az saytında satılır.



lent.az