MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər
10.5.2017

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər.
MDB ölkələrinin diplomatları Bakıda Hərbi şərəf Memorialına gül çələngi qoyub.
Memorialın yanında həmçinin "Ölməz alay" aksiyası keçirilib. Bütün aksiya iştirakçılarına rəmzi lentlər paylanıb.
Qeyd edək ki, "Ölməz alay" Rusiyada və bir sıra MDB ölkələrində Qələbə Günü keçirilən beynəlxalq ictimai aksiyadır.
Aksiya iştirakçıları Böyük Vətən müharibəsində iştirak etmiş, faşizmə qarşı vuruşmuş qohumlarının foto və ya portretlərini nümayiş etdirirlər.
Həmçinin, MDB ölkələri səfirləri ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət ediblər.

report.az