Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun iştirakçıları bu gün Şəki şəhərində olublar
5.5.2017

Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun bu gün 3-cü mərhələsi keçirilir.

Şəki İcra Hakimiyyətindən verilən məlumata görə, beynəlxalq velosiped yarışının III mərhələsi çərçivəsində yürüş iştirakçıları bu gün Şəki şəhərində olublar.

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.

trend