Yeni "Jeep Renegade" artıq satışda
5.5.2017

Bu gün "Autolux Azərbaycan" şirkəti daha yeni bir modelin təqdimatını keçirib. Bu - "Jeep" markasının Bakıda ilk dəfə görünən "Renegade Trailhawk" modelidir.

Şirkətdən verilən məlumata görə, ənənəvi yeddi bölməli radiator barmaqlığından tutmuş əzəmətli görünüşə qədər, "Renegade" modelinin bir "Jeep" markalı avtomobil olduğu tamamilə aydındır. Fərqli yolları kəşf etmək üçün və ya şəhərdə əyləncəli gəzintiyə çıxmaq üçün tamamilə yeni "Jeep Renegade" modeli istismara hazırdır, işləmək əzmindədir və işləməyə qadirdir.

Öz sinfində ən yaxşı salon həcmi və oturacaq vəziyyətlərinin çeşidi, о cümlədən yastı şəkildə qatlanan ön sərnişin oturacağı sayəsində "Renegade" modeli sizə öz dostlarınızı və əşyalarınızı istədiyiniz yerə aparmaq imkanı yaradır.

Sizin bir Jeep markalı avtomobildə görmək istədiyiniz bütün cəhətlər bu modeldə cəmləşib. 2.4 I həcimli mühərrikli və 9 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş "Renegade Trailhawk" avtomobili özündə Jeep markasının ənənəvi üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir. Bütün bunlar şəhər üçün münasib olan nisbətən kiçik gövdəyə sığışır.

"Renegade" modelində fəal və passiv texniki və fiziki təhlükəsizlik cəhətlərinin silsiləsi, о cümlədən tam uzunluqda yan pərdə ilə birlikdə yeddi standart hava yastığı və toqquşma əsasında dizləri qoruyan hava yastığı təklif olunur.

"Renegade" və "Jeep" markasının digər modellərini görmək və onlar haqqında ətraflı məlumat almaq üçün markanm rəsmi distribütoru olan "Autolux Azərbaycan" şirkətinə müraciət edə bilərsiniz. Ünvan: Ü.Hacıbəyli, 57

Onu da qeyd edək ki, tezliklə "Autolux Azərbaycan" kreditlə satışlara başlayacaq. Kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün 983 qısa nömrəsinə müraciət edə bilərsiniz.

trend