“Ağ qayıq” tamaşası nümayiş olunacaq
5.5.2017

Mayın 8–də Beynəlxalq Muğam MərkəzindəElnurə Abdullayevanın “Ağ qayıq” tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşada Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Tamaşada əsas rolları Dürdanə Dünyamalıyeva və Gündüz Qasımov ifa edəcəklər.

Tamaşada, həmçinin əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, Nazir Rüstəmov, aktyorlar Məmməd Məmmədov, Zəhra Salayeva, Vüsalə Məmmədzadə, Xanirə İsgəndərova və başqaları çıxış edəcəklər.

azertag.az