Londonda Azərbaycan-Britaniya şeir gecəsi keçiriləcək
4.5.2017

Mayın 23-də Londonda fəaliyyət göstərən tanınmış azərbaycanlı şairə Nigar Həsənzadə tərəfindən, bu şəhərdə Azərbaycan-Britaniya şeir gecəsi keçiriləcək.

Gecədə Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Şəhriyar kimi Azərbaycanın dahi şairlərinin ingilis dilinə tərcümə edilmiş şeirləri ilə yanaşı, Britaniyanın məşhur şair və yazarları- Elaine Feinstein, Ruth Padel, Fiona Sampson, David Harsentin repertuarlarından əsərlər səsləndiriləcək.



azertag.az