Milli Kamera Orkestrinin konserti keçiriləcək
3.5.2017

Azərbaycan Dövlət Filarmoniyasında mayın 11-də Milli Kamera Orkestrinin konserti keçiriləcək.
Layihə “Mədəniyyət” kanalının, "Azərbaycan Radiosu"nun təşkilatçılığı ilə baş tutacaq.
Konsertdə xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, əməkdar artistlərdən Lalə Məmmədova, İlahə Əfəndiyeva, muğam müsabiqəsinin qaliblərindən Sərxan Bünyadzadə, Babək Quliyev, Türkay Məlikova, gənc müğənnilərdən Mehri Əsədullayeva, Aqil Rzayev, Taleh Yəhyayev, Turan Səfərli çıxış edəcəklər.
Ansamblın bədii rəhbəri Arzu Səlimovadır.



report.az