Bakıda A.Puşkinin xatirəsi anılıb
2.5.2017

Azərbaycanın Rus İcmasının dəvəti ilə Bakıda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 2-də A.Puşkinin abidəsi önünə çiçəklər qoyub, onun xatirəsini anıb.

A.Duqinin Bakıya səfər proqramında rəsmi şəxslərlə, ictimai təşkilatların, Azərbaycanın Rus İcmasının nümayəndələri ilə görüşlər, onun Bakı Slavyan Universitetində çıxışı nəzərdə tutulur.


azertag.az