Bakıdakı Forumda Mali, Efiopiya və Ruanda respublikalarının birinci xanımları iştirak edəcəklər
2.5.2017

Mayın 4-dən 6-dək Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Respublikasının birinci xanımı Madame Keita Aminata Maiga, Efiopiya Federativ Demokratik Respublikasının birinci xanımı Roman Tesfaye və Ruanda Respublikasının birinci xanımı iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Forumu çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur.

Üç gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya, tədbir keçiriləcəkdir. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.

azertag.az