Rusiya istehsalı olan bədii film Bakıda
2.5.2017

Rusiyanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 6-da Nizami Kino Mərkəzində “Birincilərin zamanı” bədii filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Rusiyanın “Bazalevs” kino şirkəti və “Üçüncü Roma” studiyasının macəra janrında çəkdiyi sözügedən film 1965-ci ildə ilk dəfə insanın kosmik gəmidən açıq kosmosa çıxmasından və bunun ətrafında cərəyan edən hadisələrdən bəhs edir.

Filmin ssenari müəllifləri Yuri Korotkov, Sergey Kalujanov, rejissoru Dmitriy Kiselyov, operatoru Vladimir Başta, rəssamı Anqelina Terexova, prodüserləri Timur Bikmambetov və Yevgeniy Mironovdur.

Əsas rollarda Yevgeniy Mironov, Konstantin Xabenskiy, Vladimir İlyin, Anatolioy Kotenev, Aleksandra Ursulyak, Yelena Panova və başqaları çəkiliblər.

azertag.az