Macarıstan XİN-in mədəniyyət məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək
1.5.2017

Macarıstan Xarici İşlər Nazirliyinin mədəniyyət məsələləri üzrə dövlət katibi İşyvan İyarto (István Íjgyártó) Azərbaycana səfər edəcək.
Bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.
Onun sözlərinə görə, dövlət katibi mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

report.az