Bakıdakı qala-konsert və bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib
1.5.2017

Bakıdakı Milli Gimnastika Arenasında qala-konsert və bədii gimnastika üzrə Dünya Kuboku yarışının bağlanış mərasimi keçirilib.

Qala-konsertdə Dünya Kubokunun mükafatçıları və Azərbaycanın gənc gimnastları nümunəvi nömrələrlə çıxış ediblər. Dünya Kubokunun qızıl mükafatçısı Bolqarıstan təmsilçisi Neviana Vladinova nümunəvi proqramla çıxış edib.

Həmçinin, qrup hərəkətlərində Azərbaycanın yeniyetmələr və böyüklər arasında komandaları nümunəvi nömrələrlə çıxış ediblər.

trend