"Technol" Azərbaycanı Türkiyədə təmsil edir
7.4.2017

İstehsal etdiyi bütün məhsullarda “Made in Azerbaijan” devizini qürurla vurğulayan “Technol” şirkətinin mühərrik yağları Azərbaycanı Türkiyədə təmsil edir.
“Technol”dan verilən məlumata görə, şirkət Türkiyənin İstanbul şəhərində keçirilən avtomexanika sərgisində Azərbaycan üzrə yeganə təmsilçi olaraq iştirak edir.
İstanbulun "Tüyap" sərgi və konfrans salonunda keçirilən sərgiyə dünyanın müxtəlif ölkələrindən olan avtomobil və mühərrik istehsalçıları, mühərrik yağları istehsalçıları qoşulub.
Qeyd edək ki, Qafqazın və Azərbaycanın ilk müasir mühərrik yağları istehsalçısı olan “Technol” yaxın zamanlarda Azərbaycan markası olaraq Türkiyəyə ixraca başlayacaq.

report.az