Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq
6.4.2017

Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən daxil olan məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
"Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

report.az