Vahid Əhmədov “Şöhrət” ordeni ilə təltif edilib
3.4.2017

Prezident İlham Əliyev Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. Hazırda Milli Məclisin deputatıdır.

report.az