Rus Dram Teatrında "Bulvar Sanset" tamaşasının premyerası keçiriləcək
30.3.2017

Səməd Vurğun adına Rus Dram Teatrında aprelin 16-da "Bulvar Sanset" tamaşasının premyerası keçiriləcək.
Tamaşa Viktora Denisovun nuar janrlı "Batan günəşin bulvarı" pyesi əsasında səhnələşdirilib.
Bakı tamaşaçıları Hollivud ulduzu Nora Desmondun həyat hekayəsini izləyəcəklər.
Tamaşanın quruluşçu rejissoru, bədii rəhbəri və musiqi tərtibatçısı İlqar Safatdır.
Tamaşada Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya, Yuri Baliyev və teatrın artistləri Yaroslav Trifonov, Olqa Arsentyeva rol alacaqlar.

report.az