Moskvada Novruz bayramı münasibətilə şənlik keçiriləcək
27.3.2017

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) aprel ayının 1-də Novruz bayramı münasibətilə şənlik keçiriləcək.
"Moskovskiy komsomolets"ə istinadən xəbər verilir ki, bununla bağlı bir sıra tədbirlər təşkil ediləcək.
Buraya iki böyük konsert, dekorativ incəsənət və sənətkarlıq sərgi-yarmarkası, milli mətbəx yeməklərinin təqdim olunması, həmçinin bir sıra digər tədbirlər və aksiyalar daxildir.
Bundan başqa, tədbirdə plov müsabiqəsi keçiriləcək.

report.az