Bolqarıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq
6.3.2017

Azərbaycandakı Bolqarıstan vətəndaşları martın 26-da keçiriləcək parlament seçkilərində iştirak edə biləcəklər.
Bolqarıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bununla əlaqədar elə həmin tarixdə diplomatik nümayəndəlikdə seçki məntəqəsi açılacaq. Məntəqə saat 07:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Bolqarıstan vətəndaşları səs vermək üçün səfirliyin konsulluq bölməsinə (Hüseyn Cavid prospekti 13/520) gəlməlidirlər.

report.az