Azərbaycanlı milyarder dünyada ən varlı insanların siyahısında 104-cü yerdədir
6.3.2017

Azərbaycan əsilli Rusiya vətəndaşı, “LukOil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən varlı 500 adamı arasında 104-cü yerdədir.
BBC-yə istinadən verilən xəbərə görə, bu, “Bloomberg Billionaires Index” reytinq cədvəlində göstərilib.
Siyahıya 85,56 milyard dollarla “Microsoft” şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Ondan sonrakı iki yeri 78,9 milyard dollarla sərmayəçi Uorren Baffett və 53 milyard dollarla telekomunnikasiya maqnatı Karlos Slim tutur.
Azərbaycanlı Vahid Ələkbərov isə 11,4 milyard dollara sahibdir.

report.az