Sibirdəki göldə dəhşətli məxluqun yaşadığı vurğulanır
20.9.2012

Saxa-Yakutiyanın şərqində, Oymyakon ulusundakı Labınkır gölündə dinozavra bənzəyən nəhəng canlının yaşadığını iddia edən yerli sakinlər bu varlığı “Göl əjdahası” adlandırırlar.

Şotlandiyadakı Lox-Ness gölündəki varlığın təqribi analoqu sayılan “Labınkır əjdahası”nın çox olduğu, insanlara və heyvanlara hücum etdiyi də deyilir.

Lakin yerli sakinlərin bu iddialarının faktiki və ya konkret sübutları yoxdur.
Rusiyalı alimlərini dünyanın ən ucqar göllərindən birində araşdırma aparmağa, “Labınkır əjdahası”nın nə olduğunu müəyyənləşdirməyə çağırmışlar.
Yakutlar isə “əjdaha”nın uzunluğunun ən azı 14 metr olduğunu deyirlər.

Moskva Dövlət Universitetinin dosenti Lyudmila Yemelyanovanın dediyinə görə, göldə 138-197 metr dərinlikdə uzunu 6,5 metr olan böyük canlını sonralar qeydə almışlar. O bildirmişdir ki, bu canlının nə olduğunu konkret bilmirəm. Göldə ciddi araşdırmalar aparılmalıdır.

AzərTAc