"Bank of Baku" törəmə investisiya şirkətini bağlayır
8.2.2017

“Bank of Baku” ASC-nin 100% törəmə investisiya şirkəti “BOB Broker” MMC ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 42 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “BOB Broker” şirkəti 2007-ci ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.

report.az