Azərbaycanlı aktrisa beynəlxalq mükafata layiq görülüb
12.1.2017

Azərbaycanın əməkdar artisti Suğra Bağırzadə beynəlxalq mükafata layiq görülüb.
“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, aktrisa mədəniyyətə verdiyi töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib.
S.Bağırzadə bir müddət əvvəl həmin qurumun “Vəzifə və Şərəf” ordeninə, Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyasının “Qızıl Ulduz”, “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına və “Fəxri doktor” adına layiq görülüb.

report.az