Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış caz ifaçılarının konserti keçiriləcək
9.1.2017

Heydər Əliyev Sarayında fevralın 16-da Azərbaycanın tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərləri səsləndiriləcək.
“jAzzeri Bands” adlı caz musiqisi axşamında əməkdar incəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

report.az