İnşaat Konstruksiyaları Zavodunun səhmdarlarının yığıncağı keçiriləcək
30.12.2016

Fevralın 13-də, saat 12:00-da “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Kamil Balakişiyev küçəsi,2 ünvanında olacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı daxildir.
Xatırladaq ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 370 930 manatdır.

report.az