Serbiya Azərbaycanla vizaların ləğvi proseduruna başlayacaq
28.12.2016

Serbiya xarici işlər naziri İvitsa Daçiç, daxili işlər naziri Neboyşa Stefanoviç və ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç keçirdikləri görüşdə Serbiyanın viza siyasətini müzakirə ediblər.

Serbiya hökumətinin saytına istinadən verilən məlumata görə, görüş nəticəsində çox sayda ölkə ilə viza rejiminin sadələşdirilməsi siyasətinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Məlumatda qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Ermənistanla adi pasportlar üçün, eləcə də bir qrup ölkə ilə diplomatik pasportlar üçün vizaların ləğv olunması proseduruna başlamaq qərarı verilib.

trend