Azərbaycanda yeni açılacaq mədrəsələrin sayı bilindi
27.12.2016

Azərbaycanda 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Qurbanl bildirib ki, mədrəsələr Bakıda və regionlarda açılacaq:

“Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”.

M.Qurbanlı bildirib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil almış şəxslər olacaq.

trend