“ƏN Yeni İl” konsertinə qatılacaq Miri Yusif xüsusi mahnı ifa edib
22.12.2016

Bakı Olimpiya Stadionunda dekabrın 31-də keçiriləcək “ƏN Yeni İl” konsert proqramına qatılacaq Miri Yusif xüsusi mahnı ifa edib.
Musiqinin müəllifləri Kamil Əhmədbəyli və Tural Əliyev, klipin rejissoru isə Orxan Məmmədlidir.
Konsertə biletləri iticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.

report.az