Heydər Əliyev Sarayında "Anadolu Rəngləri" adlı konsert proqramı keçiriləcək
21.12.2016

Heydər Əliyev Sarayında “Anadolu Rəngləri” adlı konsert proqramı keçiriləcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə dekabrın 23-də, saat 19:00-da keçiriləcək konsertin əsas məqsədi Türkiyə və Azərbaycan dostluğunu əks etdirməkdir.
Qeyd olunub ki ,“Anadolu Rəngləri” adlı xüsusi proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, "Mehtər" qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə görmə imkanı yaradacaq.

report.az