FES-in qərarından sonra qızıl 12 faiz ucuzlaşıb
15.12.2016

ABŞ-ın Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsini artırmasından sonra qızılın qiyməti bir unsiyaya görə 12,3% azalaraq 1146,7 dollara düşüb.
Bunu hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 00:05-ə olan vəziyyətə görə, qızılın bir unsiyası Sinqapur birjasında 1146,7 dollara satılıb. Hərraclar açılan zaman birjada qızılın unsiyası 1159,8 dollar olub.
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmaq barədə qərar qəbul edib.

report.az