Bu il Azərbaycanda 1 mln. tondan çox avtomobil benzini istehsal olunub
15.12.2016

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 487,3 mln. manat olub.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,6% azalıb.
Əsas neft məhsullarından 1 048,0 min ton avtomobil benzini istehsal olunub ki, bu məhsul üzrə istehsal ötən ilin 11 ayı ilə müqayisədə 6,8% azdır. Hesabat dövründə ölkədə istehsal olunan dizel yanacağının miqdarı 2 147,2 min ton təşkil edib ki, bu göstərici də ötən ilin müvafiq dövründən 17,8% az olub.
Təhlil olunan dövrdə 175,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 579,0 min ton ağ neft, 457,6 min ton yanacaq mazutu, 9,2 min ton sürtkü yağları, 170,2 min ton neft bitumu, 184,9 min ton neft koksu istehsal olunub. İllik müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5,2%, ağ neft - 8,7%, sürtkü yağları - 63,1%, neft koksu - 16,8% azalıb, yanacaq mazutunun istehsalı 50%, neft bitumunun istehsalı isə 7% artıb.

report.az