"AZAL-Miles" proqramında yeni qaydalar qüvvəyə minir
15.12.2016

Yanvarın 1-dən etibarən “AZAL-Miles” proqramı çərçivəsində hesaba əlavə olunmuş hər bir səyahət balı həmin balın hesaba əlavə olunma tarixindən növbəti 36 ay ərzində etibarlı olacaq. Bu barədə AZAL aviaşirkətinin yaydığı məlumada qeyd edilir.
Məlumata görə, yeni qaydalar “AZAL-Miles” proqramının "Qaydalar və şərtlər" bölməsinin 1.67-ci bəndində ediləcək dəyişikliklər əsasında qüvvəyə minəcək.
Yeni qaydalara görə, hesaba əlavə olunmuş səyahət balları 36 ay müddətində istifadə olunmadığı halda həmin balların son etibarlılıq müddəti balın hesaba əlavə olunduğu ayın sonuncu günündə bitəcək. Qeyd edilir ki, 1 yanvar 2017-ci ilə qədər hesaba əlavə olunmuş/toplanmış səyahət ballarının son etibarlılıq müddəti 31 yanvar 2020-ci ilədəkdir.
Əlavə məlumat üçün “AZAL-Miles” müştəri xidmətlərinə müraciət etmək olar.

report.az