Yaşar Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
14.12.2016

Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Y.Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
Qeyd dək ki, Y.Məmmədov Quba rayon İcra Hakimiyyətinin başçısıdır.

report.az