Bakı-Dubay aviareyslərinə yeni aksiya keçirilir
9.12.2016

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya keçirir.
QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-nə kimi olan uçuşlara aviabilet alarkən qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.
Eyni zamanda, aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün "Airbus A319" və "A320" laynerləri ilə həyata keçirilir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür.

report.az