Fransanın Azərbaycandakı səfiri UFAZ-ın yeni binasında gedən təmir işləri ilə tanış olub
9.12.2016

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Fransız-Azərbaycan Universiteti (UFAZ) üçün nəzərdə tutulmuş 3-cü korpusunda gedən təmir-tikinti işləri ilə tanış olub.
Bu barədə ADNSU-dan məlumat verilib.
Binanın layihəsinə baxan xanım səfir təmir işlərindən razı qalıb.
Qeyd edək ki, hazırda ADNSU-nun əsas binasında yerləşən UFAZ gələn tədris ilindən 3-cü korpusa köçürüləcək.

report.az