Bakı 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib
7.12.2016

Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib.
Xarici KİV-ə istinadən verilən xəbərə görə, turistlər üçün nəzərdə tutulan "Trip Advisor" tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb.
Siyahıda Bakını qabaqlayan istiqamətlər bunlar olub: San Xose del Kabo (Meksika), Uistler (Kanada), Jerikoakoara (Braziliya), Kihei (Havay adaları).
İlk onluğa həmçinin Gürcüstan paytaxtı Tbilisi də daxil edilib.
Qeyd edək ki, turistlər üçün ən yaxşı səyahət istiqamətləri səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilir.

report.az